Sosial
26.08.2015 / 15:14

Şahin Mustafayev vətəndaşları qəbul edəcək

Şahin Mustafayev vətəndaşları qəbul edəcək Avqustun 29-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Qubada Qusar, Xaçmaz və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, vətəndaşların qəbulu saat 11.00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: Quba şəhəri, H.Əliyev prospekti) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Quba-Xaçmaz regional bölməsi (Ünvan: Xaçmaz şəhəri, Bakı prospekti, 45, əlaqələndirici şəxs Mətləb Cəfərov, əlaqə telefonu: (050) 235-01-50, (02332) 6-83-16, faks: (02332) 6-83-16, elektron poçt ünvanı: matlab.cafarov@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və Facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

İnform.az

Baxış sayı: 477