Mədəniyyət
26.08.2015 / 15:06

Bu gün "Muğam Günü"dür

Bu gün "Muğam Günü"dürBu gün Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günüdür. Bu barədə qərar 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunub. Bu, xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini təsdiq edən daha bir faktdır.

Müstəqillik illərində Azərbaycan muğamı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mühüm xidmətləri vardır. Məhz Azərbaycanın birinci xanımının ciddi səyləri nəticəsində muğam YUNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilib.

Ölkəmizdə Beynəlxalq Muğam Mərkəzi inşa olunmuşdur. Mərkəz artıq ən mötəbər tədbirlərin məkanına çevrilmişdir. Bu baxımdan Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə keçirilən Beynəlxalq Muğam festivalları, həmçinin gənc muğam ifaçılarını üzə çıxarmaq üçün təşkil olunan müsabiqələr xüsusi qeyd edilməlidir.

İnform.az

Baxış sayı: 425