Sosial
26.08.2015 / 12:03

Zakir Qaralov vətəndaşları qəbul edəcək

Zakir Qaralov vətəndaşları qəbul edəcəkAzərbaycanın baş prokuroru Zakir Qaralov sentyabrın 4-də saat 11:00-da Qəbələ rayon prokurorluğunun inzibati binasında Qəbələ, Şəki, Qax, Balakən, Oğuz və Zaqatala rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Qəbələ şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin - 437-28-79-nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

İnform.az

Baxış sayı: 421