Baş xəbər, Mədəniyyət
26.08.2015 / 11:05

Urmiyada "Aşıq" Heykəli ucaldılıb

Urmiyada "Aşıq" Heykəli ucaldılıbUrmiya şəhərinin Ellər-bağı parkında “Aşıq” Heykəlinin açılışı olub.
Açılış mərasimində bir çox yerli əhali iştirak edib. Soydaşlarımızın böyük rəğbətlə qarşıladığı mərasimə Şəhər Şurasının üzvləri və Bələdiyyə başqanı da qatılıb.

Açılış mərasimində aşıq Zəkərya Azərbaycanın qədim milli musiqisi olan aşıq mahnılarını ifa edib.

Mərasimə qoşulan Bələdiyyə başqanı bütün iştirakçılara öz təşəkkürünü bildirib. Həzrətpur bildirib ki, “Bizim hamımız Azərbaycanın əsil musiqisini qoruyub saxlamalıyıq. Bu musiqini gələcək nəsillərə ötürmək bizim borcumuzdur.”

Xatırladaq ki, Urmiya məktəbinin aşıq musiqi sənətində xüsusi yeri var. Bu məktəbdən əsirlər boyu böyük aşıqlar çıxıb. Aşıq Dehqan, Aşıq Dədəkatib və s. o cümlədəndir.

İnform.az

Baxış sayı: 413