Sosial, Din
25.08.2015 / 16:56

Mübariz Qurbanlı vətəndaşları qəbul edib

Mübariz Qurbanlı vətəndaşları qəbul edib Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Daşkəsəndə vətəndaşları qəbul edib. Bu barədə Komitənin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, qəbulda Daşkəsənlə yanaşı, Gəncə, Samux, Göygöl sakinləri də iştirak edib.

Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərini diqqətlə dinləyərək bəzilərinin həlli, bəzilərinin isə araşdırılması üçün göstərişlər verib. Bir sıra müraciətlər yerindəcə həll edilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi üçün əlaqədar qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.

Müraciətlər əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini kitabların və ləvazimatların satışı üçün mağazaların lisenziyası və digər məsələlərlə bağlı olub.

İnform.az

Baxış sayı: 414