Sosial
25.08.2015 / 15:38

Əlillər istirahətə göndərilib

Əlillər istirahətə göndərilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili istiqamətində aparılan işlərin davamı kimi, bu təbəqədən olan daha 45 nəfər şəxs xüsusi nəqliyyat vasitəsi ilə Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə yola salınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əlilliyi olan şəxslərin istirahətinin təşkili ƏƏSMN-nin “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən həyata keçirilir. Proqrama əsasən, cari ildə 1000 nəfərdən çox əlilliyi olan şəxsin Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi nəzərdə tutulub ki, onlardan artıq 964 nəfəri həmin mərkəzlərə yola salınıb. Qeyd olunan şəxslərin istirahəti xüsusi proqram əsasında təşkil olunur. Belə ki, istirahət günlərində onlar üçün musiqili-əyləncəli tədbirlər, ətraf rayonlara və tarixi yerlərə gəzinti turları təşkil edilir.

İnform.az

Baxış sayı: 292