Dünya
25.08.2015 / 14:13

Əl-Qaidə lideri öldürülüb

Əl-Qaidə lideri öldürülüb Əfqanıstan Hərbi Hava Qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində "əl-Qaidə"nin liderlərindən biri - Əbu Xuzeyf öldürülüb.
"Anadolu" Agentliyinin yaydığı xəbərə görə bunu ölkənin Kunduz əyalətinin polis rəisi general Məhəmməd Qasım Cengelbaq bildirib. Onun sözlərinə görə, "Əbu Xuzeyf əyalətin Çahardərə qəsəbəsində terrorçuların mövqelərinə endirilən hava zərbələri nəticəsində zərərsizləşdirilib.

General bildirib ki, mərkəzi Özbəkistanda yerləşən "Cundullah" təşkilatının 3 üzvü həmin əməliyyatda öldürülüb, daha iki silahlı isə yaralanıb.
M.Q.Cengelbaq Xanabad rayonunda təhlükəsizlik qüvvələri ilə "Taliban" silahlıları arasındakı döyüş nəticəsində 5 terrorçu öldürülüb.
Əfqanıstan Müdafiə Nazirliyinin məlumatında isə bildirilib ki, son sutka ərzində Əfqanıstanda "Taliban" hərəkatına qarşı keçirilən əməliyyat nəticəsində 74 silahlı zərərsizləşdirilib, 14 hərbçi həlak olub. Əməliyyat ölkənin Kabul, Nanqahar, Zabul, Paktiya, Uruzqan, Qəndəhar, Kunduz, Sari-Pul, Baqlan, Fəryab, Herat və Gilmənd bölgələrində keçirilib. Əməliyyat nəticəsində çoxlu sayda silah-sursat götürülüb.

İnform.az

Baxış sayı: 346