Baş xəbər, Şərhlər
15.06.2015 / 13:00

QURTULUŞ

QURTULUŞ

Əlisa NİCAT / inform.az


Xalqı millətə çevirən ləyaqətli liderlik


Azəbryacan xalqı öz tarixi ərzində bir neçə dəfə millətə çevilmişdir. Bu şanlı çevrilişlərin yaradıcıları Kiaksar, Atropat, Babək, Eldəgiz Atabəyləri, Şah İsmayıl Xətai, Şah Nadir (Niyə Nadir şah deyirlər bilmirəm, - Ə.N.) və nəhayət, Mir Cəfər Bağırov.
Bəli, ləyaqətli lider zühur edir, xalqa monolit keyfiyyət bəxş edir, onu millətə çevirir.
Midiyalılar, Assuriyalıların əsarətində təxminən çar dövrü Azərbaycan vəziyyətində idilər. Güclü düşmən vaxtaşırı ölkəyə hücum edir, xalqın var-yoxunu (həm iqtisadi, həm də mənəvi) talayıb gedirdilər. Onlara bu lazım idi, bunu da alırdılar. Milli “agentlər” xalqın içində hər cür tərpənişi qeydə alıb “Aşurbanipallara” çatdırırdılar. “KQB” o vaxt da var idi. Əsarət və millətsizlik bir neçə yüz il çəkdi. Nəhayət, xalq Kiaksarı doğdu. Və bu qüdrətli insan xalqı millətə çevirib Assuriyalıların başında yumruq kimi sınaqdan keçirdi.
Sonra yeni bir əsarət dövrü gəldi. Fars ağalığı. Bu isə - dünyada mümkün ola bilən ən rəzil ağalıqdır.
Yenə iki əsr etnos – xalq kimi mövcud oldu. Taaki miladdan əvvəl 334-cü ildə şanlı makedoniyalı İsgəndər əsarət zəncirimizi qırıb tökdü. Atropat zühur oldu. Xalq millətə çevrildi. Təəssüf ki, arada beş əsrlik dövr bizim üçün qaranlıq olaraq qalır. Hər halda Babəkə qədər xalqımızın tarixi bizim üçün qaranlıqdır. Bu qədər müddət ərzində kim olmuşuq, neyləmişik, bilinmir.
Mənfur Sasanilər yenə bizi öz evi, həyəti və qazancı ilə gün keçirən müasir Güney Azərbaycanlılarına çevirdi. Yenə hər yerdə casuslar şəbəkəsi, yenə etnik-təmizləmə siyasəti, yenə millətsizlik.
Bu dəfə də azadlıq kənardan gəldi. Onu bədəvi ərəb igidləri gətirdi. Lakin gələnlər heç də təmənnasız deyildilər.
Qəhrəmanlar qəhrəmanı Babək zühur oldu və xalq 22 ilə öz azadlıq və müstəqilliyini qılıncı ilə qorudu. Heyrati döyüş marşı yarandı. Lakin qüvvələr qeyri-bərabər idi. Ərəblərər yeni-yeni güc, yeni böyük sərkərdələr gəlir, bizdə isə Babək tək idi.
Xalq azadlıqdan yoruldu. Çünki azadlıq baha başa gəlirdi. Onunçün də analar fasiləsiz passionarlar doğmalı idi. Amma yeni oğulların böyüyüb döyüşçü olmasına vaxt çatmırdı. Döyüşlər, vuruşlar ara vermirdi. Babək xəyanət nəticəsində ələ keçib, edam olundu və xalq “dincəldi”.
Atabəylərin qısa dövrünü nəzərə alsaq da bu dəfə xilas məşəli Şərqdən gəldi.
Görünür, bu cür mövcudluq forması, azadlıq və müstəqilliyin kənardan gəlməsini gözləmək instinktləri ətimizə, qanımıza hopub. Necə ki, bu gün də ən acınacaqlı günə qalıb, kənrdan xilas gözləyirik. Bu barədə çox danışılır.
Şərqdən Tatar – Monqollar axın edib ərəb hegomonluğunu yuyub apardılar. Dini hegomonluq isə qaldı. Lakin o dərinə gedub barışmazlıq həddinə çatmadı. Bu fövqəladə zəka sahibi yeddinci yüzilliyə qədər heç nəylə tarixə girə bilməyən çoxsaylı bir etnosun - ərəbləri dünya miqyaslı bir imperiyanın və svilizasiyanın yaradıcısına çevirdi. Xilaskar nəhəng zühur oldu. Heç bir qüvvə və maneə onun qabağını ala bilmədi.
XVI yüzilliyin pərdələri Azərbaycan Türklərinin qələbə bağırtıları ilə açıldı. Şah İsmail Xətainin yaratdığı millət yüz ilə qədər millət olaraq qaldı və bu ruh Şah Abbas dövründə ondan sonra da xeyli parladı.
Dünya tarixi qəribə, anlaşımlaz hadisələrlə doludur. Balaca İngiltərə nəhəng Hindistanı fəth etdi. Bundan əvvəl ingilislər Azərbaycanın hind paytaxtını fəth etməsinin şahidi olub, həmin təcrübədən bəhrələnmişlər. Təcrübəni Şah Nadir kimi fövqəladə bir nəhəng öz qızılbaş super ordusu ilə həyata keçirmişdi. Lakin Nadir kor-təbii bir qüvvə idi. Onun qarşısıalınmazlığının da heç bir zəka və taktikası rol oynamırdı. Lakin belə bir “kiti” (balinanı) öz qohumları və soydaşları olan “akulalar” məhv etdilər. Özü də vəhşicəsinə və namərdcəsinə.
Şah Nadirdən sonra ruh yalnız inersiya ilə yaşayıb 100 illik çar, 70 illik bolşevik əsarətinə davam gətirdi. Çünki bolşevik içində rəhbərimiz milli və güclü bir nüsxə idi. Ayrı vaxt o ikinci bir Xətai və ya Nadir ola bilərdi. Lakin bu şəraitdə mümkün deyildi. Və şanlı Mircəfər Bağırov yalnız onu edə bildi ki, vətənizimin ərazisini və Üzeyir bəy kimi oğullarını qorudu. Və ağır, çətin bir şəraitdə xalqı millətə çevirə bildi.
Lakin budur, Əbülhəsən demişkən Klim Voroşilov öldü. Və artıq Mircəfər də yox idi ki, millətin xalqa çevrilməsinə imkan verməsin.
Klim Voroşilovun ölümü ilə tariximizdə yeni bir dövr başlandı. Və nəticəsi bu olub ki, küçədə orta və ali təhsilli oğlan və qızlardan, qadın və kişilərdən soruşanda ki: ərazi etibarilə Çin böyükdür, yoxsa Kitay?, cavabı da belə olur ki, bəziləri Çin deyir, bəzilər də Kitay.
Tariximizdə ən son xalqı millətə çevirmə qüdrəti Qurtuluş tariximizlə bağlıdır...
Bəli, belə şəxsiyyətlər hər zaman doğulmur, qüdrətli, qarşısıalınmaz xalqı millətə çevirməyə qadir olan şəxsiyyətlər və ya şəxsiyyət Allah bilir bir də haçan doğulacaq?!

Baxış sayı: 552