İdman
25.08.2015 / 11:14

"Traktor" komandası cərimələndi

"Traktor" komandası cərimələndi
Təbrizin “Traktor” futbol komandası Futbol Federasyonunun İnzibatı Komitəsi tərəfindən növbəti dəfə cəzalandırılıb.
İran üzrə futbol klublarının Super Liqa rəqabətlərinin 3-cü həftəsində keçirilən müsabiqədə “Traktor”la Tehranın “Rah ahən” komandası Təbrizdə qarşılaşıb. İnzibatı Komitənin elan etdiyi məlumatda bildirilir ki, "Traktor-Rah ahən” müsabiqəsində Təbriz komandasının məşqçisi Luez Miqonizof bəzi qanun pozuntularına yol verib. Məşqçi bu səbəbdən bir müsabiqədə komandasını müşayiət etməkdən məhrum edilib və cərimə ödəməlidir. ”Həmçinin İnzibati Komitənin qərarına əsasən, “Traktor” komandası tərəfdarlarının bir sıra hərəkətlərinə görə də cərimə ödəməlidir.”

Xatırladaq ki, “Traktor” komandası azərbaycanlılar tərəfindən çox sevilən bir milli komandadır. Bu komanda müxtəlif bəhanələrlə zaman-zaman İnzibati Komitə tərəfindən cəzalandırılır.

İnform.az

Baxış sayı: 330