Mədəniyyət
25.08.2015 / 11:12

Güney azərbaycanlı aşıq vəfat edib

Güney azərbaycanlı aşıq vəfat edib Güney Azərbaycanın məşhur aşığı vəfat edib

Avqustun 22-də Güney Azərbaycanda el sənətinin tanınmış və məşhur simalarından olan Aşıq Məhəmməd Nəbati 46 yaşında vəfat edib.
Avqustun 23-də Herisin Çaykəndi məntəqəsində torpağa taşırılan Aşıq Məhəmməd Nəbatinin vəfatının səbəbi barədə məlumat yayılmayıb. Aşıq sənətini məşhur və görkəmli sənətkarlar Aşıq Əziz Şəhnazi və Aşıq Qəşəm Güneylinin yanında öyrənən Aşıq Məhəmməd Nəbati xalq arasında böyük hörmət və sayğıya malik idi.

O, dəfələrlə Quzey Azərbaycana və Türkiyəyə səfər edərək bu iki ölkənin radio-televiziyalarında və ali təhsil ocaqlarında uğurla çıxış edərək hamının sevgi və rəğbətini qazanmışdı.

Qeyd edək ki, Aşıq Məhəmməd Nəbati Güney Azərbaycanda onu sevənlər arasında daha çox “El aşığı” ləqəbi ilə tanınırdı.

Allah Rəhmət eləsin!

İnform.az

Baxış sayı: 405