Sosial
25.08.2015 / 10:36

"Daily Times"-da Mehriban Əliyeva haqda məqalə

"Daily Times"-da Mehriban Əliyeva haqda məqalə Pakistanın milyonlarla oxucusu olan nüfuzlu "Daily Times" qəzetinin 25.08.2015-ci il tarixli buraxılışında, qəzetin İslamabad baş ofisinin rəhbəri, tanınmış jurnalist Dure Nəcəf Zaidinin "Hilal-e-Pakistan ordeninə layiq görülmüş Mehriban Əliyeva insanlığın xidmətində" adlı məqaləsi dərc edilib.

Bu barədə Heydər Əliyev Fondunun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, "11.02.2015-ci il tarixində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Pakistanın "Hila-e-Pakistan" ali ordeni ilə təltif edilib. İlk dəfədir ki, xarici ölkənin birinci xanımı bu ali ordenə layiq görülmüşdir" sözləri ilə başlayan məqalədə Mehriban Əliyevanın tanınmış ziyalı ailəsində böyüdüyü, valideynlərindən insan dəyərlərinə hörmətlə yanaşmağı, poeziya, mədəniyyət və musiqini sevməyi öyrəndiyi vurğulanıb.

Məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun rəhbəri kimi xeyriyyəçilik ilə məşğul olduğu, Azərbaycan mədəniyyətini dünyada təbliğ etdiyi vurğulanır.

İnform.az

Baxış sayı: 350