İqtisadiyyat
24.08.2015 / 17:10

Monteneqro TAP-a qoşula bilər

Monteneqro TAP-a qoşula bilər Avqust ayının sonunda Avstriyanın paytaxtı Vyanada Balkan ölkələrinin rəsmilərinin görüşündə Monteneqronun Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinə qoşulması məsələsi müzakirə ediləcək.

Qəzet yazır ki, Monteneqro üçün TAP boru kəmərinin əhəmiyyəti olduqca böyükdür: "TAP - ucuz enerji mənbəyidir. Bu layihə asanlıqla Monteneqronun sənaye və ev təsərrüfatına yol açacaq".

Nəşrin yazdığına görə, istər Monteneqro, istər digər Balkan yarımadasının ölkələri kəmərin tikintisində maraqlıdırlar.

İnform.az

Baxış sayı: 305