Gündəm, İqtisadiyyat
24.08.2015 / 16:33

İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılıb

İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılıbPrezident İlham Əliyev “Sabirabad rayonunun Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamla iyirmi iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,5 milyon manatı Sabirabad Rayon İcra Hakimiyyətinə ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

İnform.az

Baxış sayı: 248