Elm-təhsil
24.08.2015 / 16:01

TQDK SAT imtahanı keçirəcək

TQDK SAT imtahanı keçirəcəkTələbə Qəbulu üzrə Dövlət Komissiyası oktyabr ayının 3-də növbəti SAT imtahanını keçirəcək. TQDK-dan verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyat onlayn qaydada aparılır və son müraciət sentyabr ayının 4-ü saat 09.00-a qədər mümkün olacaq. Aşağıdakı keçiddə təqdim edilən bələdçi ilə tanış olaraq, SAT imtahanına qeydiyyatdan keçə bilərsiniz: http://www.tqdk.gov.az/exam/sat/qeydiyyat/

İmtahan saat 08.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələr nəzərə alınmayaraq). İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar, əks halda test mərkəzinə buraxılmayacaqlar.

Qeyd: SAT I (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT II (SAT Subject) isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır və hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir. SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. Ali təhsil ocaqlarının qəbul komissiyaları üçün SAT imtahanının nəticəsi müraciət edən məktəb məzunlarını eyni şkala üzrə müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyən etməkdə obyektiv mənbə hesab olunur.

İnform.az

Baxış sayı: 295