Şərhlər
24.08.2015 / 12:00

Fedon

Fedon
(Müdriklər və korifeylər silsiləsindən)

Əlisa NİCAT / İnform.az


Əvvəli burada

-Və güman ki, Simmiy əksər insanların fikrincə kim ki, ləzzət almaqdan xoşlanmır, heç yaşamasa yaxşıdır. Axı o artıq ölümə doğru gedən yolun ortasındadır, bir halda ki, cismani sevinclər barədə qətiyyən fikirləşmir.
-Elədir, sən tamamilə haqlısan.
- İndi isə gəl görək təfəkkür qabiliyyəti necə əldə olunur. Bədən, cism əgər onu fəlsəfi axtarışların iştirakçısı etsək, buna mane olurmu, ya yox? Mən belə deyəndə bax bunu nəzərdə tuturam: adamlar öz eşitmə və görmə orqanlarına hər hansı dərəcədə etibar edə bilərlərmi, axı hətta şairlər aramsız təkrar edirlər ki, bəs biz insanlar əslində heç nəyi düz eşidib düz görmürük, onda əgər bu iki bədən hissiyatı nə dəqiqlik, nə də aydınlıq cəhətindən fərqlənmirsə, onda bəs qalanları heç etibarlı deyil. Özü də göz və qulaqdan daha zəif və açağı ola-ola sözsüz ki, belədir. Bəlkə sən başqa fikirdəsən?
-Yox, nə danışırsan?
- Bu halda onda ruh hansı şəkildə həqiqətlə təmasda olur, axı hər hansı məsələni bədənlə birgə tədqiq edəndə cismimizin günahı ucbatından aldanırıq. Məncə, bu şübhəsizdir.
- Mənə də elə gəlir.
-Eləsə, məgər yalnız ruhun vasitəsilə əsl varlığın hansı bir xüsusiyyəti isə aşkar olmurmu?
-Bəli, elədir.
-Və ruh da o vaxt ən yaxşı fikirləşə bilir ki, nə vaxt ki heç şey,- nə qulaq, nə göz, nə bir ağrı, nə də bir ləzzət onu həyəcana gətirməsin. əgər o, bu bədən üzvlərimizdən və hisslərindən ayrı olarsa təklikdə qalıb əsl varlığa doğru can atır.
- Elədir ki, var.
- Deməli, burada da filosofun ruhu cisminə həqarətlə baxır və öz-özüylə təklikdə qalmaq üçün ondan qaçır elədir mi?
- Aydındır ki, elədir.
- Onda indi sualım belədir. - Biz ədalətin özü-özülüyndə mövcud olduğunu qəbul edirik ya etmirik?
- Zevsə and olsun ki, mütləq qəbul edirik.
-Bəs gözəlliyi, xeyirxahlığı?
-Əlbəttə qəbul edirik.
-Bəs sən bu şeyləri gözlərinlə görmüsənmi?
-Əlbəttə yox.
-Deməli, sən buna bədənin hansısa bir başqa cisminin hissləri vasitəsilə nail olursan. Eləcə o cür şeylərdən olan ƏZƏMƏT, SAĞLAMLIQ, GÜC VƏ S haqqında da onu hiss edirik ki, onlar da eləcə öz mahiyyətləriylə özləri özlüyündə mövcuddurlar. Eləsə soruşuram onların bu ən əsas xüsusiyyətlərini biz cismimizin köməyilə aşkar edirik və ya əksinə, bizim hansı birimizsə özünü büsbütün qətiyyət və inadla tədqiq etdiyi bir şey haqqında düşünməyə məcbur etdirərək əsl idraka daha çox yaxınlaşa bilər.
-Əlbəttə, məhz bu cür.
-Lakin, bu halda məsələnin ən mükəmməl şəkildə o kəs həll edə bilər ki, o nə görmə, nə də başqa bir hissi köməyə çağırmayıb hər şeyə yalnız fikir vasitəsilə yanaşır.

Baxış sayı: 544