Şərhlər
24.08.2015 / 11:53

Qurani-Kərim Din haqqında

Qurani-Kərim Din haqqında
Aydın MƏDƏTOĞLU / İnform.az


“Yəhudilərin bir qismi Tövratdakı sözlərin yerini dəyişib təhrif edir və dillərini əyərək Dinə tənə vurmaq məqsədilə: “Eşitdik və qəbul etmədik”- deyirlər... yaxşı əməl sahibi olub özünü Allaha təslim edən İbrahimin “Hənif milləti”nə tabe olan şəxsdən Din etibarilə daha gözəl kim ola bilər?! Həqiqətən, Allah İbrahimi özünə dost tutmuşdur. Tövbə edənlər, özlərini islah edib düzəldənlər, Allahdan möhkəm yapışanlar və Allah qarşısında Dinini təmizləyənlər müstəsnadır. Çünki onlar möminlərlə bərabərdirlər” (Nisa,46,125,146)
“O kəslər ki, Dinlərini oyun-oyuncaq etmiş, dünya həyatı onları aldatmışdır.” (Əraf,51)
“Onlar Allahın ayələrini ucuz qiymətə satdılar, sonda da insanları Allah yolundan döndərdilər. Onlar nə bir əhdə, nə də bir anda əməl edərlər. əgər tövbə etsələr... sizin Din qardaşlarınızdır... əgər əhd bağladıqdan sonra andlarını pozsalar və Dinimizi yamanlayıb təhqir etsələr, onların başçıları ilə vuruşun. Onların həqiqətdə andları, əhdləri yoxdur. Bəlkə əl çəkərlər. Kitab əhlindən, Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Peyğəmbərinin haram buyurduqlarını haram bilməyən və haqq Dini qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləriylə cizyə verincəyə qədər vuruşun. Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün Dinlərin fövqündə göstərmək üçün Peyğəmbərini döğru yolla və haqq Dinlə göstərən Odur” (Tövbə,9,10,11,12,29,33).
“Yer üzündə fitnə qalmayıb bütün Din yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Münafiqlər və ürəklərində mərəz olanlar: Bunları öz Dinləri aldatdı - deyirdilər. Lakin Allaha təvəkkül edən qalib olar. Çünki Allah yenilməz qüvvət və hikmət sahibidir. Əgər onlar Din yolunda sizdən kömək istəsələr aranızda saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla onlara kömək göstərmək vacibdir. Allah nə etdiklərinizi görəndir”( Ənfal,39,49,72).
“Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!” - deyirlər. De ki: “Siz Allaha Göylərdə və Yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz? Haşa! Allah Özünə şərik qoşulan bütlərdən uzaq və ucadır” (Yunus,18).
“Bu gün kafirlər Dininizdən əllərini üzdülər. Onlardan qorxmayın. Məndən qorxun! Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir Din kimi sizin üçün İslamı bəyənib seçdim. Ey iman gətirənlər! Sizdən hər kəs Dinindən dönsə, Allah elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilmiş olanlardan Dininizi oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun. Ey Kitab əhli! Dininizdən haqsız yerə ifrata varmayın. Əvvəlcə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə uymayın” (maidə,3,54,57,77).
“İnsanların dəstə-dəstə Allahın Dininə daxil olduqlarını gördüyün zaman Rəbbini Həmd-Səna ilə təqdis et” (Nəsr,2,3).

Ardı var...

Baxış sayı: 591