Texnologiya
23.08.2015 / 08:59

Ürək döyüntülü avtomobil

Ürək döyüntülü avtomobilToyota-nın lüks avtomobil markası Lexus yeni konsept avtomobilini təqdim edib.

Inform.az Mashable-a istinadən bildirir ki, “Ürək döyüntüsü” adlanan avtomobil sürücünün ürək döyüntüsünü avtomobilin üzərində əks elətdirir.

Beləki, konsept avtomobilin üzəri xüsusi elektro-lüminessent boya ilə örtülüb. Xüsusi sensorlar vasitəsilə “Arduino” adlanan idarə panelinə göndərilən ürək döyüntüləri elektro siqnallar vasitəsilə bu boyaya göndərilir. Beləliklə əvvəlcədən müəyyən olunmuş naxışda döyüntülər əks etdirilir və LED işıq effekti yaranır.

Gücünü 13V batareyadan alan idarə paneli avtomobilin mühərrikindən enerji yığa bilir.

Qeyd edək ki, işıq saçmadığı zaman avtomobil boz rəngdə görünür və normal avtomobildən fərqlənmir, çünki effektlər boz boyanın altında gizlədilib.

Səməd ƏLİ / İnform.az

Baxış sayı: 400