Hadisə
22.08.2015 / 18:56

Gürcüstanda leysan yağışlar

 Gürcüstanda leysan yağışlar Gürcüstanın Raça regionuna yağan davamlı leysan yağışları nəticəsində bir neçə kənd xarici aləmdən təcrid olub.

"Report" Gürcüstan KİV-inə xəbər verir ki, On bələdiyyəsinin Böyük və Kiçik Gebi kəndlərində vəziyyət daha acınacaqlıdır. Həmin kəndlərə verilən elektrik enerjisi kəsilib.
Təbii fəlakət baş verən əraziyə xilasedicilər və texnika cəlb edilib. Hadisə nəticəsində dəyən ziyanı müəyyənləşdirmək üçün uyğun komissiya fəaliyyət göstərir.

İnform.az

Baxış sayı: 411