Dünya
22.08.2015 / 17:04

Həsən Ruhani yeni raket nümayiş etdirib

Həsən Ruhani yeni raket nümayiş etdirib İnform.az "RİA Novosti" saytına istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhan, ölkənin Müdafiə sənayesi günü bayramında ictimaiyyətə İran istehsalı yeni ballistik raketi nümayiş etdirib.

Yeni raket "Fateh" adlanır və 500 km uzaqlığı vurmaq iqtidarındadır. Raket sinaqdan uğurla keçib. Belə ki, sınaq zamanı "Fateh" şərti hədəfi məhv edib.

İran prezidenti açıqlamasında bildirib ki, biz qonşu ölkələrə hücum etmək fikrində deyilik, sadəcə olaraq İran özü-özünü düşmənlərindən qorumaq iqtidarında olmalıdır.

Baxış sayı: 394