Gündəm
22.08.2015 / 12:53

Füzuli və Cəbrayıl rayonlarının işğalından 22 il ötür

Füzuli və Cəbrayıl rayonlarının işğalından 22 il  ötür
1993-cü ilin avqustunda Azərbaycanda olan hakimiyyətsizlik və xaosdan istifadə edən erməni silahlı ekstremistləri Füzuli və Cəbrayıl rayonlarına hücum təşkil etdilər. Onlar digər rayonlardan fərqli olaraq elə də ciddi müqavimətlə üzləşmədən bu iki bölgəmizə daxil ola bildilər. Daxildəki qüvvələrin satqınlığı nəticəsində ordunun və hərbi texnikanın cəbhə mövqeyindən çıxarılıb, cənub bölgələrinə aparılması da bu rayonların itirilməsində mühüm rol oynadı.
Nəticədə, 1993-cü ilin avqustun 22-də Füzuli şəhəri də daxil olmaqla rayonun 85 faizi, avqustun 23-də isə Cəbrayıl rayonu tamamilə erməni silahlı birləşmələri tərəfindən işğal edildi.
Sonralar, 1994-cü ilin yanvarında Azərbaycan silahlı qüvvələri Füzuli rayonunun Horadiz də daxil olmaqla 23 yaşayış məntəqəsini erməni işğalından azad etdi. Cəbrayılın isə yalnız bir kəndi bizim nəzarətimiz altındadır.

Üzeyir HÜSEYNOV / İnform.az

Baxış sayı: 423