Rəsmi
22.08.2015 / 11:31

Prezident İlham Əliyev Ukrayna prezidentini Müstəqillik günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev Ukrayna prezidentini Müstəqillik günü münasibətilə təbrik edibAzərbaycan prezidenti İlham Əliyev Ukraynanın Müstəqillik günü münasibətilə Ukrayna prezidenti Pyotr Poroşenkoya təbrik məktubu göndərib.

İnform.az-ın Azərbaycanın Ukraynadakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, məktubda deyilir:

“Ukraynanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Ukraynanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq dövlətlərarası münasibətlərimiz bundan sonra da inkişaf edəcək və genişlənəcək. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Ukrayna xalqına sülh və rifah diləyirəm”.

Baxış sayı: 446