Mədəniyyət
22.08.2015 / 10:58

"XXI əsrdə xalçaların öyrənilməsi və toplanması"

"XXI əsrdə xalçaların öyrənilməsi və toplanması"Şərq Xalçaları üzrə Beynəlxalq Təşkilat (ICOC) Vaşinqtonun Tekstil Muzeyində "XXI əsrdə xalçaların öyrənilməsi və toplanması" mövzusunda 13-cü beynəlxalq konfrans keçirib. Tədbirdə ölkəmizi Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva və direktorun xalçaların konservasiyası üzrə müavini Yalçın Səlimov təmsil ediblər. Konfransda Röya Tağıyeva "Azərbaycan Xalça Muzeyi - ənənə və müasir baxış" mövzusunda məruzə ilə çıxış edərək konfrans iştirakçılarına 2014-cü ilin avqustunda Bakıda açılan yeni muzey haqqında ətraflı məlumat verib.2017-ci ildə Azərbaycan Xalça Muzeyinin 50 yaşı tamam olacaq və bu əlamətdar yubileyə indidən hazırlıq görülür.

Nümunə olaraq Gürcüstan Milli Muzeyi və Azərbaycan Xalça Muzeyinin müştərək tərtib etdiyi "Azərbaycan xalçaları Gürcüstan Milli Muzeyində" adlı kataloq da təqdim edilib.
Konfrans iştirakçıları kolleksiyaçıların şəxsi qalereyalarına gedərək onların topladıqları kolleksiyalara da baxıblar. Kolleksiyalar arasında Azərbaycan xalçalarından nümunələr də maraqla qarşılanıb.

Nümayəndə heyəti Amerikanın üç şəhərinin muzeyində və bir neçə şəxsi kolleksiyada çoxlu sayda Azərbaycan xalça növlərinin qorunub saxlandığının şahidi olub. Başqa muzeylərdə də xalqımıza aid çox qiymətli maddi-mədəniyyət nümunələri, o cümlədən xalçalar var. Dünya muzeylərində saxlanan xalça və digər mədəniyyət nümunələrimiz araşdırılmalı, tədqiq olunmalı və bu sahədə axtarışlar davam etdirilməlidir.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 370