Hüquq
25.06.2015 / 06:58

Məhkəmənin hökmü ilə təyin olunmuş cəriməni vaxtında ödəyə bilmirsənsə…

Məhkəmənin hökmü ilə təyin olunmuş cəriməni vaxtında ödəyə bilmirsənsə…

Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23-cü maddəsinə əsasən, məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən 1 aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. İcra məmuru cərimənin ödənilmədiyi halda məhkumu cərimənin ondan məcburi qaydada tutulacağı barədə xəbərdar edir. Lakin məhkum cəriməni üzürlü səbəbdən bir ay müddətində ödəyə bilmirsə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq məhkəmə, məhkumun ərizəsinə əsasən cərimənin ödənilməsinin 6 ay müddətinə təxirə salınması və ya onun hissə-hissə ödənilməsi haqqında qərar qəbul edə bilər.
İnform.az

Baxış sayı: 837