Dünya
21.08.2015 / 16:32

Tramp: “Putinlə yaxşı münasibət quracam”

Tramp: “Putinlə yaxşı münasibət quracam” Seçkilərdə qələbə çalacağım təqdirdə Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı münasibətlər qura bilərəm.

İnform.az Axar.az-a istnadən xəbər verir ki, bunu Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp “Foks Nyus”a müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Rusiya ABŞ-la problemli münasibətlərinə görə Çinlə yaxınlaşıb:

“Rusiyanın ABŞ-la münasibətləri pozulandan sonra o, Çinə üz tutub. Lakin bu iki dövlətin birləşməyinə icazə verilməməlidir. Ona görə də Rusiya ilə əlaqələri normaya salmaq lazımdır”.

Baxış sayı: 428