Dünya
21.08.2015 / 13:38

İrandan Türkiyəyə PKK notası

İrandan Türkiyəyə  PKK notası Tehran Türkiyədə PKK hücumuna uğrayan bölgələrinin daha ciddi qorunması üçün Ankaraya nota verib.

İnform.az ATV.az-a istinadən bildirir ki, Türkiyənin Tehran səfiri Rza Hakan Tekin Xarici İşlər Nazirliyinə çağırılaraq İran vətəndaşları və nəqliyyat vasitəsilərinin Türkiyə torpaqlarında hücuma məruz qalmaması üçün daha güclü qorunması, həmçinin Ankaranın daha ciddi tədbirlər görməsi istənilib.

Tehran rəhbərliyi Ankara-Tehran səfərini edən iki qatarın PKK tərəfindən bombalanmasından sonra ölkələrarası qatar səfərlərini təxirə salıb.

Baxış sayı: 343