Şərhlər
21.08.2015 / 12:55

Fedon

Fedon
(Müdriklər və korifeylər silsiləsindən)


Əlisa NİCAT / İnform.az


Əvvəli burada

...Üstəlik əgər sən deyəcəklərinlə bizi hər şeyə inandıra bilsən, bu da olar sənin bəraət nitqin.
-Yaxşı, çalışaram,-Sokrat söylədi. Amma gəlin qulaq asaq görək bizim Kriton nə deyəcək: məncə o çoxdan nəsə söyləmək istəyir.
-Ancaq bir kəlmə, Sokrat,-deyə Kriton cavab verdi. –Sənə zəhər verəcək qulluqçu neçə dəfə gəlib bizdən xahiş edib ki, səni xəbərdar edək ki, mümkün olduqca az danışasan. Guya qızğın söhbət adamı qızışdırır, bu cür şeylərdən qaçmaq lazımdır. Çünki qızğınlıq zəhərin təsir etməsinə mane olur. Kim bu qaydaya əməl etmirsə o zəhəri 2-ci hətta 3-cü dəfə içməli olur.
Sokrat cavab verib dedi:
-Əşi, əhəmiyyət vernə. Ona ancaq bunu de ki, öz işini görsün, əgər lazım gələrsə zəhəri 2, lap 3 dəfə də verə bilər.
-Mən belə də bilirdim, - Kriton dedi. O artıq çoxdan məni dəng edir.
Burax getsin, - Sokrat təkrar etdi.-Sizə isə, mənim hakimlərim, mən indi izah etmək istəyirəm ki, mənə görə həqiqətən həyatını fəlsəfəyə həsr edən filosof ölümqabağı tam gümrah olub, qəbirdə ən böyük rahatlıq tapır. Simmiy, Kebet bu necə mümkündür, bu saat mən sizə aydınlaşdırmağa çalışacağam. Bir şəxs ki, həqiqətən özünü fəlsəfəyə həsr edir əslində o daim bir şeylə məşğuldu: ölmək və ölümlə! Adamlar bir qayda olaraq bunu sezmirlər, lakin bununla belə əgər doğurdanda belədirsə, onda bütün ömrün uzunu can atdığın şeyə qovuşanda narazılığa başlamaq mənasızdır.
Simmiy gülmüsədi, sonra dedi:
-Sokrat, Zevsə and olsun ki, mən gülmək hayında deyiləm, amma sən məni güldürüsən. Adamların çoxu, elə bizim həmyerlilərimiz də sənin bu sözlərini eşitsəydilər, böyük həvəslə filosofları hücum hədəfi edənlərə qoşulardılar. Düşünərdilər ki, bir halda ki, filosofların özləri ölməyi arzulayırlar, deməli onlar bu qismətə layiqdirlər.
-Doğru da eləyərdilər, - Sokrat cavab verdi. Lakin Simmiy, iş ondadır ki, məsələ “onlara aydındır” düşünmək düz olmazdı. Məsələnin məhiyyəti əslində onlara aydın deyil. Və onlar dərk etmirlər ki, əsl filosoflar hansı mənada ölümü arzulayırlar və hansı ölümü. Ona görə yaxşı olar ki, başqalarını rahat buraxıb bir-birimizə müraciət edək. De görüm necə fikirləşirsən: ölüm səncə nəsə bir şeydir mi?
-Hə, əlbəttə, - Simmiy cavab verdi.
-Nəsə bədəndən aydın olan can kimi, ruh kimi bir şeydir, elədirmi? “Ölü olmaq” isə o deməkdir ki, candan ruhdan ayrı olan bədən öz-özü üçün mövcuddur, eləcə də bədəndən də ayrı düşən can, ruh eləcə özü üçündür mü və ya bəlkə ölüm nəsə başqa bir şeydir?
Simmiy dedi:
-Yox, yox, elə sən deyən kimidir ki, var. Onda dostum, gör mənim fikirmi bölüşməyə hazırsanmı? Mən düşünürəm ki, biz bax belə bir məsələdən başlasaq, öz araşdırmalarımızda bir addım irəli atmış olarıq. Səncə filosofa məsələn içki və ya yeməkdən ləzzət almaq meyli xarakterikdirmi?
-Qətiyyən yox, - Simmiy cavab verdi.
-Bəs məhəbbət ləzzətləri necə?
-O sahədə lap az.
-Bəs bədənə qulluq etmək kimi başqa ləzzətlər necə? Sənə necə gəlir, filosof üçün elə şeylərin əhəmiyyəti varmı? Məsələn, modalı ayaqqabı, yaxud plaş və ya başqa bəzəkli geyimlə. Filosof belə şeyləri qiymətləndirirmi, ya lazım olanlarından başqa onlara heç bir əhəmiyyət vermir? Sənə necə gəlir?
-Mənə elə gəlir ki, filosof belə şeylərə qətiyyən əhəmiyyət vermir, əlbəttə, əgər o əsl mütəfəkkirdirsə.
-Deməli, sənə görə ümumiyyətlə filosof bədənə deyil, bütünlüklə öz cismindən qopub ruhunun qayğısına qalır. Elədirmi?
-Məncə, elədir.
-Deməli başqa adamlardan fərqli olaraq filosoflar onlarda müqayisə olunmaz dərəcədə ruhlarını bədəndən azad etməyə çalışırlar, elədirmi?
-Hə, elədir ki, var.

Ardı var...

Baxış sayı: 431