Şərhlər
21.08.2015 / 12:50

Qurani-Kərim Din haqqında

Qurani-Kərim Din haqqında
Aydın MƏDƏTOĞLU / İnform.az




Dinlər insanları dəyişik adlar altında Sonsuz, Əzəli və Əbədi olanı-tanrını qavramağa istiqamətləndirən İlahi kəlamlar toplusudur. İnsanların əqli gözəlliyi olmasaydı, heç bir din, hətta totem inancı belə var ola bilməzdi. Əgər insan diqqətlə baxarsa, bütün dinlərin eyni Ruhun iniltisi olduğunu duyar.
Din, ortaya çıxarıla bilməyəcək olanın ortaya çıxarılması və ifadə edilə bilməyəcək olanın ifadə edilə bilməsi üçün insanların bir mücadiləsidir.
Bütün müqəddəs kitablarda din haqqında məlumatlar vardır. Müqəddəs Kitab olan “Qurani-Kərim”də dinlə bağlı xeyli ayələr vardır. Bu ayələr aşağıdakılardır:
“Hökm ancaq Allahındır. O, sizə yalnız Onun özünə ibadət etmənizi buyurmuşdur. Doğru, həqiqi Din budur” (Yusuf, 40)
“Göylərdə və Yerdə nə varsa, hamısı Allahındır. Din də həmişə Onundur”(Nəhl, 52)
“Xalis Din ancaq Allaha məxsusdur. Sən də (Məhəmməd Peyğəmbər nəzərdə tutulur-A.M.) Dini məhz Allaha aid edərək yalnız Ona ibadət et” (Zumər, 3, 2)
“İbrahim və Yaqub öz oğlanlarına vəsiyyət edib hər biri dedi: Ey oğlanlarım, həqiqətən Allah sizin üçün Din seçdi. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!... Müşriklərin fitnəsi aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlarla vuruşun... sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə şəxslərin bütün əməlləri dünya və axirətdə heçə gedər. Onlar Cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar” (Bəqərə, 132, 193, 217)
“Dində məcburiyyət yoxdur”(Bəqərə, 256)
“Allah yanında Din, əlbəttə İslamdır. Kitab verilmiş şəxslər ancaq bu Dinin (İslam dinin-A.M.) həqiqi olduğunu bildikdən sonra aralarındakı paxıllıq ucundan ixtilafa başladılar. Yəhudiləri öz dinləri barəsində düzəltdikləri uydurmalar aldadıb yoldan çıxartmışdır. Necə ola bilər ki, kitab əhli Allahın Dinindən başqa bir din axtarsınlar? Halbuki Göylərdə və Yerdə olanların hamısı istər-istəməz Ona təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar. Söylə ki: Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun oğullarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və digər Peyğəmbərlərə verilənlərə inandıq və obların heç birini bir-birindən ayırmadıq. Biz yalnız Allaha təslim oluruq. Kim İslamdan başqa bir Din ardınca gedərsə, heç vaxt qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar”(Ali-İmran, 19,24,83,84,85).
“İslama dəvət olunduğu halda Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər? Allah zalım qövmü doğru yola yönəltməz. Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah kafirlərin xoşuna gəlməsə də, öz nurunu tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, İslamın bütün dinlərdən üstün olduğunu göstərmək üçün öz Peyğəmbərini doğru yolu göstərən rəhbərlə və haqq Dinlə göndərən Odur”(Səfaf,7,8,9)
“Allah dində sizin üçün heç bir çətinlik qoymadı. Atanız İbrahimin dini kimi Allah bundan əvvəl də, bunda da sizə “Müsəlman” adını verdi ki, sizə siz də insanlara şahid olasınız” (Həcc,7, 8)
“Allah: Dini qoruyub saxlayın, ona düzgün riayət edin, Dində ayrılığa düşməyin - deyə Nuha tövsiyyə etdiyini, sənə (Məhəmməd Peyğəmbər nəzərdə tutulur-A.M.) vəhy buyurduğunu, İbrahimə, Musaya və İsaya tövsiyyə etdiyini Dində sizin üçün də qanuni etdi” (Sura,13).
“Allah Din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlara ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər. Allah sizə ancaq sizinlə Din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalimlərdir.” (Mümtəhinə,8 ,9)
“Batildən Haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi Dinə tərəf tut. Allahın Dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru Din budur, lakin insanların əksəriyyəti bilməz. Allah tərəfindən qarşısıalınmaz “Qiyamət Günü” gəlməmişdən əvvəl üzünüzü düzgün Dinə çevirin”(Rum,30,43).
“Ey Rəsulum! De ki: Şübhəsiz, Rəbbim məni doğru yola, həqiqi Dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin Dininə yönəltdi” (Ənam,161)

Ardı var...

Baxış sayı: 651