Mədəniyyət
21.08.2015 / 11:38

“Mənim üçün önəmli olan ssenaridir”

“Mənim üçün önəmli olan ssenaridir”Xalq artisti Afaq Bəşirqızı ilk dəfə seriala çəkilməsindən danışıb. “Qayınanamız” adlı serialın ssenarisinin sırf onun üçün yazıldığını bildirib: “Mənim üçün önəmli olan ssenaridir. Əgər o yaxşıdırsa, razılaşaram. Bu serialın ssenarisi də sırf mənim üçün yazılıb. Buna görə də razılıq verdim. Bundan sonra bəyəndiyim film ssenarisi olsa, ona da çəkilərəm”. A.Bəşirqızı bundan sonra dramatik obraz da canlandıracağını bildirib: “Məni dramatik obrazda görmək istəyən tamaşaçılar yeni mövsümdə teatra gəlsin. İki dramatik obraz canlandırıram. Mövsüm açılışı sentyabrın 10-dadır”.

Aysel Talıbqızı /İnform.az

Baxış sayı: 398