Dünya
20.08.2015 / 22:24

Moldovada NATO nümayəndəliyi açılır

Moldovada NATO nümayəndəliyi açılır Payızda Moldovada NATO-nun nümayəndəliyi açılacaq.

Bu barədə Rumıniyanın müdafiə naziri Mirça Duşa bildirib.

“Nümayəndəlikdə Rumıniya da daxil olmaqla müxtəlif ölkələrin mütəxəssisləri çalışacaq. Bu, Moldova ordusunu NATO standartlarına keçirməyə kömək edəcək”, deyə nazir qeyd edib.

Avqustun 20-də, Moldova və Rumıniya müdafiə nazirlərinin görüşü zamanı Rumıniyanın Yassı şəhərində iki ölkənin iştirakı ilə birgə batalyonun yaradılmasına dair razılıq əldə edilib. Həmçinin nazirlər hərbi-siyasi əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə müştərək komissiyaların fəaliyyətini bərpa etmək qərarına gəliblər.

İnform.az

Baxış sayı: 277