Sosial
20.08.2015 / 18:38

Mübariz Qurbanlı Daşkəsənə gedir

Mübariz Qurbanlı Daşkəsənə gedir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Daşkəsənə gedəcək.

Komitədən verilən məlumata görə, avqustun 25-də Komitə sədri Mübariz Qurbanlı Daşkəsən rayonunda Gəncə şəhər, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər və Xocalı rayon sakinlərini qəbul edəcək.

Qəbul saat 10:00-da Daşkəsən rayon dövlət arxivinin binasında (ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev meydanı-1) keçiriləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

İnform.az

Baxış sayı: 348