Sosial
24.06.2015 / 13:48

Əbülfəs Qarayev Neftçalada vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Neftçalada vətəndaşları qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Neftçalada Şirvan şəhəri, Neftçala, Biləsuvar, Hacıqabul və Salyan rayonlarından olan vətəndaşları qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Inform.az-a verilən məlumata görə, nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda Neftçala rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialının yaradılması, Salyan rayon Tarix-Diyarşünaslıq Muzeyində Salyanın 2800 illiyinə həsr olunmuş ekspozisiya zalının təşkilinə köməklik göstərilməsi, arxeoloji abidələrin mühafizə zonalarının və sərhədlərinin dəqiqləşdirilməsi barədə müraciətlər olub.

Baxış sayı: 437