Texnologiya
20.08.2015 / 20:06

Günəş enerjisi ilə işləyən avtobuslar

Günəş enerjisi ilə işləyən avtobuslar İstanbul Elektrik Tramvay və Tunel Əməliyyatları Baş İdarəsi tərəfindən tavanındakı günəş panelləri ilə enerji ehtiyacını təmin edən avtobusun təqdimatı olub.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, günəş enerjisi ilə işləyən avtobus haqqında məlumat verən təşkilatın təmsilçisi Fatmanur Yılmaz avtobusun Türkiyədə ilk dəfə günəş panelli ictimai nəqliyyat vasitəsi olduğunu söyləyərək deyib: "Məqsəd ekoloji təmiz və alternativ yanacaqlardan istifadə edilə biləcəyini göstərmək və qlobal istiləşməyə səbəb olan zərərli qazların miqdarını azaltmaqdır".

Günəş panellərindən əldə edilən elektrik enerjisi sayəsində avtobusların elektrik sistemləri ilə bağlı xərclərə də qənaət ediləcəyini vurğulayan Fatmanur Yılmaz pilot olaraq istehsal edilən ictimai nəqliyyatın əvvəlcə sınaqdan keçiriləcəyini qeyd edib. O, deyib ki, layihədən səmərə əldə ediləcəyi təqdirdə gələcəkdə digər nəqliyyat vasitələrində də bunun tətbiq etmək mümkündür.
Sonra avtobus sınaq yürüşünə başlayıb.

İnform.az

Baxış sayı: 228