Maraqlı
20.08.2015 / 16:40

Tutuquşunu həbs etdilər

Tutuquşunu həbs etdilərHindistanda Hariyal adlı tutuquşunu polis saxlayıb. Buna səbəb tutuquşunun 85 yaşlı Canabay Sakarkar adlı qadına söyüş söyməsi olub.

C.Sakarkarın polisə verdiyi məlumata görə, tutuquşuna söyüş söyməyi onun ögey oğlu Sureş Sakarkar öyrədib. Ögey anası ilə arasında mülk davası olan Sureş Sakarkar ona söyməsi üçün tutquşuna düz 2 il dərs keçib.
Sureş Sarkarkar və tutuquşusu iki gün həbsxanada qalıb. Daha sonra polislər Sureşi buraxıb. Tutuquşunu isə yaşlı qadının psixologiyasına mənfi təsir etdiyi üçün ekologiya və təbii sərvətlər nazirliyinin əməkdaşlarına təslim ediblər.

İnform.az

Baxış sayı: 338