Gündəm, Dünya
20.08.2015 / 16:37

Təyyarə dolu fırtınasına düşdü

Təyyarə dolu fırtınasına düşdü İnform.az Xezerxeber.com-a istinadən xəbər verir ki, İtalyanın “Alitalia” hava yolları şirkətinin Roma-Milan istiqamətində uçuş həyata keçirən “Airbus A319” təyyarəsi səmaya qalxdıqdan qısa müddət sonra dolu fırtınasına düşüb.

İçərisindəki 111 sərnişin ilə Romanın “Fiumicino” hava limanından Milandakı “Linate” hava limanına uçuş həyata keçirən təyyarə dolu fırtınasına düşdükdən sonra zədələnib və Napolidəki hava limanına təcili eniş edib.

Təyyarənin Napolidə problemsiz eniş etdiyi və sərnişinlərin başqa təyyarə ilə Milana göndəriləcəyi bildirilib.

Baxış sayı: 276