Dünya
15.06.2015 / 01:00

Amerika tankları Ukrayna hüdudlarında

Amerika tankları Ukrayna hüdudlarındaABŞ Müdafiə Nazirliyi Şərqi Avropa və Baltikyanı ölkələrdə minlərlə əsgər hərbi avadanlıq saxlamaq haqqında məruzəni qəbul edib.

İnform.az –ın Almaniyanın “Deutsche Welle” saytına istinadən verdiyi məlumata görə, bu barədə “The New York Times” nəşri bildirir. Xəbərdə qeyd edilir ki, Pentaqon Baltikyanı və Şərqi Avropa ölkələrində beş min Amerika hərbiçisi, çoxlu sayda silah-sursat və ağır hərbi texnika yerləşdirə bilər.

Burada əsas səbəb kimi, Rusiyanın Şərqi Avropa ölkələrinə ola biləcək təcavüzünün qarşısının alınması göstərilir. Qeyd olunur ki, hərbi texnika Litva, Latviya, Estoniya, Polşa, Rumıniya, Bolqarıstan və Macarıstan kimi ölkələrdə yerləşdirilə bilər.

Təbriz

Baxış sayı: 574