Dünya
20.08.2015 / 15:20

Slovakiyada iki təyyarə toqquşub

Slovakiyada iki təyyarə toqquşub İnform.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, Slovakiyanın qərbində keçirilən təlim uçuşları zamanı iki idman təyyarəsi toqquşub.

Hadisə nəticəsində 7 nəfər həlak olub. Ümumilikdə isə 40 nəfərə yaxın insan xəsarət alıb.

Hadisə yüksək dağlıq ərazidə baş veridyi üçün xilasetmə işləri ləngiyib. Ancaq bununla yanaşı, hadisə yerinə tibbi helikopterlər göndərilib. Hadisənin səbəbləri aydınlaşdırılır.

Baxış sayı: 304