Sağlamlıq
20.08.2015 / 14:02

Səhiyyə Nazirliyi tapşırıq verib

Səhiyyə Nazirliyi tapşırıq verib Azərbaycan Səhiyyə Nazirliyində "Bakı şəhərində fəaliyyət göstərən Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə idarə və müəssisələri rəhbər və işçilərinin şəxsi avtomobillərinin iş vaxtı ümumi qaydaya uyğun həyətyanı ərazilərdə parklanması"nın təminatına dair toplantı keçirilib. Bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda iştirak edən idarə və səhiyyə müəssisələrinin rəhbərlərinə bildirilib ki, nəqliyyatın hərəkətinin tənzimlənməsinə dair ölkə başçısının tapşırıqlarının icrası məqsədilə 30 iyun 2015-ci il tarixində Nazirlər Kabinetində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının iclası olub və “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Protokol imzalanıb.

Toplantıda ümumi tapşırıqların icrası məqsədilə Səhiyyə Nazirliyinin tabeçiliyində olan idarə və tibb müəssisələrinin rəhbərlərinə 2015-ci il avqustun 1-dən etibarən işçilərin şəxsi avtomobillərinin iş vaxtı ərzində ümumi qaydaya əsasən mümkün olduğu halda həyətyanı sahədə park olunması tapşırığı verilib.
Eyni zamanda, toplantıda idarə və tibb müəssisələrinin rəhbərlərinə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisələrinin 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıq tədbirləri barədə” imzalanmış müvafiq əmrinə dair lazımi tapşırıqlar verilib.

İnform.az

Baxış sayı: 321