Gündəm, Dünya
20.08.2015 / 13:39

Növbədənkənar seçkilərin vaxtı bəlli olub

Növbədənkənar seçkilərin vaxtı bəlli olub Türkiyədə növbədənkənar parlament seçkiləri noyabrın 1-də keçiriləcək.
Bu haqda Türkiyənin "Hürriyyət" qəzeti ölkənin Mərkəzi Seçki Komissiyasındakı (MSK) mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, "Seçki haqqında" qanuna əsasən, parlament hökumət qura bilməzsə, bu müddət başa çatandan 90 gün sonra növbədənkənar seçki keçirilməlidir. Bununla belə, həmin müddətin MSK tərəfindən azaldılması da nəzərdə tutulub. Məlumata görə, həmin müddət 30 gün azaldılıb.

Xəbərdə bildirilib ki, MSK-nın bu qərarı qətidir, etiraz etmək mümkün deyil, eləcə də Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Xalqların Demokratik Partiyasının da bu tarixlə bağlı rəyləri nəzərə alınıb.
Məlumata əsasən, növbədənkənar seçkilərin noyabrın 1-də keçirilməsi üçün təqvim artıq hazırdır və bu siyasi kampaniya ilə bağlı bütün fəaliyyət həmin tarix üzrə həyata keçirilir.
Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisi seçkinin hansı tarixdə keçirilməsi haqda qərar verməlidir.

İnform.az

Baxış sayı: 313