Mədəniyyət
20.08.2015 / 11:50

Fransa orkestri Qara Qarayevin əsərini səsləndirəcək

Fransa orkestri Qara Qarayevin əsərini səsləndirəcək Lamuryö orkestri Parisin "Champs-Élysées" teatrında Fransa, Rusiya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert verəcək.
Teatrın saytında yer alan məlumata görə, 2016-cı il yanvarın 24-də baş tutacaq "Haute couture" adlı konsertin proqramına azərbaycanlı bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baleti də daxil edilib.
Qeyd edək ki, orkestrə Antoine Marguier dirijorluq edəcək.

Aysel Talıbqızı /İnform.az

Baxış sayı: 288