İdman
20.08.2015 / 11:05

"Ferrari" Raykonenlə müqaviləni artırdı

"Ferrari" Raykonenlə müqaviləni artırdı"Ferrari" komandasının rəhbərliyi Kimi Raykonenlə müqaviləni daha bir illik artırmağı qərara alıb. Tərəflər fin pilotun müqaviləsindəki bənddən yararlanıblar. Məlumatı "Reuters" agentliyi yayıb.

«"Ferrari" skuderiyası Kimi Raykonenlə müqavilənin artırıldığını bəyan edir. Növbəti mövsümdə Ferrarinin heyəti Raykonen və Fetteldən ibarət olacaq», – deyə "Ferrari"nin bəyanatında deyilir.

Xatırladaq ki, bir müddət əvvəl "Ferrar"i ilə Valtteri Bottas , Niko Hülkenberq və Daniel Rikkardonun adları yanaşı hallanırdı. Bundan başqa yayılan xəbərə görə, Raykonenlə 1 illik müqavilədən sonra Maks Ferstappen "Ferrari"nin pilotu olacaq.

İnform.az

Baxış sayı: 247