Dünya
20.08.2015 / 09:55

İntihar edəcək vətəndaş öldürüldü

İntihar edəcək vətəndaş öldürüldü Belçika prokurorluğunun yaydığı açıqlamada bir vətəndaşın polisə zəng edərək, özünü öldürəcəyi ilə bağlı məlumat verməsi bildirlir. Zəngdən sonra hadisə yerinə yollanan polislər intihar etmək istəyən vətəndaşı bu yoldan çəkindiryməyə çalışıblar.
Ancaq, vətəndaş polislərə tabe olmaqdan imtina edib və üzərində olan silahdan itifadə etməyə çalışarkən polis tərəfindən vurulub.

Yaralanan vətəndaş xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polislərin hadisədə heç bir günahı olmadığı açıqlanıb.

İnform.az

Baxış sayı: 328