Siyasət
15.06.2015 / 00:39

Prezidentlər Aşqabadda görüşəcəklər

Prezidentlər Aşqabadda görüşəcəklər

Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşü planlaşdırılır.

İnform.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

Türkiyə prezidenti görüşün bu ilin dekabr ayında gerçəkləşdiriləcəyini söyləyib.

Türkiyə prezidenti Bakı-2015 Birinci Avropa Oyunlarının açılışı ilə bağlı Bakıda olarkən Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüyünü xatırladıb.

R. T. Ərdoğan iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində daha güclü addımlar atılacağını diqqətə çatdırıb.

Nail Cəlil

Baxış sayı: 655