Dünya
20.08.2015 / 07:15

Partlayışı törədənlər həbs edildi

Partlayışı törədənlər həbs edildiBanqkok polisi şəhərində qanlı partlayışlar törətməkdə şübhəli bilinən iki nəfəri həbs edib. İnform.az Almaniyanın ffh.de saytına istinadən xəbər veri ki, bu barədə Tailand polisi məlumat yayıb.

Verilən məlumata görə, həbs olunan şəxslər partlayışı tördədən zaman kameranın yaddaşına düşüb. Bunun əsasında axtarışlara başlayan polis cinayətkarları həbs etməyə müvəffəq olub.

Qeyd edək ki, bazar ertəsi törədilən partlayış zamanı 20 nəfər dünyasını dəyişib, 120 insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baxış sayı: 269