İdman
19.08.2015 / 18:17

"Fenerbahçe"liləri "Yandex" istifadə etməyə çağırıram"

"Fenerbahçe"liləri "Yandex" istifadə etməyə çağırıram""Fenerbahçe"nin prezidenti Aziz Yıldırım açıqlama verərək klubla əlaqəsi olan hər kəsi "Yandex" sistemindən istifadə etməyə çağırıb. Yıldırım bu şirkətlə imzalanan müqavilənin böyük gəlir gətirəcəyinə inandığını bildirib. İnform.az "Goal.az"a istinadən xəbər verir ki, klub rəhbəri bunları deyib:

"Fenerbahçe"nin edilən transferləri nə varlıların, nə də mənim xidmətim deyil. Heç kim yardım etmədi. "Ülker" və digər sponsorlarla müqavilələr imzaladıq. Kluba fayda gətirəcəyini düşünüb "Yandex"lə anlaşıb bu şirkəti titul sponsoru etdik. Bu əməkdaşlıq 3 il davam edəcək. "Fenerbahçe" azarkeşləri detalları yerinə yetirəcəyi təqdirdə 30, 40, 50-100 milyon avro pul qazanmaq olar. 100 milyon avro qazanc, Messi və Ronaldo kimi futbolçuları almaq deməkdir. "Yandex"dən alınan gəlirlə Messilər və Ronaldolar xəyal olmayacaq. Bütün "Fenerbahçe"liləri "Yandex" istifadə etməyə çağırıram. Kulubda, ofislərdə bütün brauzerləri bağladıq. Bu səbəbdən özüm də kompüter öyrəndim".

Baxış sayı: 329