Dünya
19.08.2015 / 17:15

Tutuquşu məhkəməyə verilib

Tutuquşu məhkəməyə verilib Hindistan mətbuatında yayılan xəbərə görə Çandrapur şəhərində yaşayan Sureş Sakharkar, "Hariyal" adlı tutuquşusuna söyüş öyrədib. Bundan sonra isə öyrətdiyi bu söyüşləri ögey anasına qarşı işlətməyi istəyib. Bundan sonra isə tutuquşu, hər dəfə ögey ana olan Canabay Sakharkarı gördüyü zaman ona söyməyə başlayıb.

Hadisənin dəfələrlə təkrarlanmasından sonra 85 yaşlı ögey ana tutuquşunu məhkəməyə verib.
Məhkəmə zalında heç bir təhqir və söyüş işlətməyən tutuquşu, məhkəmənin qərarı ilə Meşə Nazirliyi nümayəndələrinə təslim edilib.

İnform.az

Baxış sayı: 398