Qəriblikdə kimimiz var?, Baş xəbər, Müsahibə
19.08.2015 / 14:09

Toğrul Allahverdili: “Adımızın hansısa diplomata və ya məmura bağlanmağı çox yalnışdır”

Toğrul Allahverdili: “Adımızın hansısa diplomata və ya məmura bağlanmağı çox yalnışdır”
"Hər şey Azərbaycan naminə"silsiləsindən


"Qəriblikdə kimimiz var" layihəmizdə bu günkü həmsöhbətimiz Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdilidir.

-Toğrul bəy, yenidən vətəndə xoş gördük. Bu bizim üz-üzə ikinci görüşümüzdür. Ancaq, sosial şəbəkələr vasitəsilə dəfələrlə söhbət etmişik. Azərbaycandan kənarda yaşayan bir soydaşımız eləcə də , hər addımını Azərbaycan naminə atan bir vətəndaş olaraq, daim sizinlə fəxr etmişik. Sözlərimizi boğazdan yuxarı deyilmiş bir söz kimi yox, tam səmimi və içdən gəlmiş söz kimi qəbul edin. Toğrul Allahverdili Azərbaycanda çox tanınan bir simadır. Ona görə də təqdimata ehtiyac duymuruq və birbaşa mətləbə keçirik.

Son dövrlərdə Rusiyada yaşayan Azərbaycan gənclərinin, eləcə də Azərbaycan naminə sizin qurumun apardığı işlər və gələcək planlarınızdan danışmanızı istərdik


- İlk olaraq Azərbaycanın mediasına yenicə ayaq basmış İnform.az saytının yaranması münasibətilə həm xalqımızı həm təbrik edirəm. Sizi tanıyan bir gənc kimi deyirəm ki, sizlər bundan da artıq nailiyyətlərə layiqsiniz. Sözlərimi heç kim tərif kimi anlamasın. Amma onu qeyd etmək istərdim ki, günümüzdə Rusiyada Azərbaycan gəncliyi dedikdə öncə Leyla xanım Əliyeva yada düşür. Rusiyada fəaliyyət göstərən Azərbaycan Gəncləri Təşkilatı yada düşür. Rusiyanın müxtəliff regionlarında bu tip təşkilatlar fəaliyyət göstərir. Bu təşkilatların bəziləri gənclərimizin öz imkanları hesabına qurulsa da, başqa maraqlar hesabına qurulan təşkilatlar da var. Rusiyada fəaliyyət göstərən Azərbaycan Gəncləri Təşkilatı bütün Rusiyada yaşayan Azərbaycan gənclərini öz ətrafında birləşdirən yeganə təşkilatdır. Hansı ki, bu təşkilata da Leyla xanım rəhbərlik edir. Leyla xanımın gördüyü işlər haqda danışmağa ehtiyac yoxdur. Çünki bu işlərin hamısı göz önündədir. Ona görə mən öz təşkilatımız və onun fəaliyyəti haqda danışacam.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) 2006-cı ilin Gənclər günündə təsis edilib, elə həmin ildə də Ədliyyə Nazirliyindən Dövlət qeydiyyatından keçib. Gələn il təşkilatın 10 yaşı tamam olur. ASGA Respublika daxilində və xaricində bir çox layihələr reallaşdırıb. Fəaliyyətini daha effektli və spesifik etmək üçün nümayəndəliklərin yaradılmasına ehtiyac yarandı. Rəhbərlik etdiyim ASGA Rusiya nümayəndəliyi də bu zərurətin ən bariz nümunəsidir. Siz söhbətin əvvəlində sosial şəbəkələrdən danışdınız. Təşkilata rəhbərliyi boynuma götürməkdə də məhz bu sosial şəbəkələrin böyük rolu olub. Əziz dostum, qardaşım, ASGA-nın təsisçisi Səbuhi Abbasovla da məhz sosial şəbəkələr vasitəsilə tanış olmuşam.
Onun sayəsində bu təşkilatla tanış olmuşam və bizim əməkdaşlığımız başlayıb. Mən bu gün şükr edirəm ki, artıq təşkilatımız Rusiyada inkişafda olan yox, artıq inkişaf etmiş təşklatdır. Rusiyada Azərbaycan Gəncləri Təşkilatından sonra demək olar ki, ikinci tanınmış təşkilatıq. Biz Azərbaycanın Rusiyadakı səfirliyi ilə, Ümumrusiya Azərbaycanlıları Konqresi ilə, Heydər Əliyev Fondu ilə əməkdaşlıq edirik. Bütün bunlara görə özümə, Şamil Tağıyev kimi dostuma borcluyam. Hansı ki, mənim ictimai fəaliyyətə başlamağımda bu insanın böyük rolu olub. Bundan başqa İqbal Rüstəmova borcluyam. Məhz bu insanlar mənim ictimayətə təqdimatı veriblər. Eyni zamanda səfirimizin müavini cənab Qüdsi Osmanova da fürsətdən istifadə edib öz minnətdarlığımı bilrirəm. Biz Rusiyada fəaliyyətə başlayanda çoxlu maneələrlə qarşılaşmışdıq. O dönəmdə bizi satqın kimi qələmə vermək istəyən qüvvələr var idi. Burada məqsəd dövlətimizin bizi qəbul etməməsinə nail olmaq idi. Məsələ burasındadır ki, bütün bunları edənlər elə öz həmyerlilərimiz idi. Bütün bunlara baxmayaraq biz 2014-cü ildə böyük bir tədbir təşkil edə bildik. Həmin vaxt sorğu keçirmişdik. Sorğuda Slavyan ölkələrində fəaliyyət göstərən Azərbaycan diplomatları haqda idi. Sorğunun qalibi isə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu oldu. 2014-cü ildə ilin səfiri nominasiyasını qalibi kimi Polad müəllimlə görüşdük. Görüş zamanı Polad müəllim bildirdi ki, Rusiyada Azərbaycan gənclər təşkilatı çoxdur. Ancaq Slavyan Azərbaycan Gənclər Təşkilatı yoxdur. Bu iki xalq qonşudur. Biz istəsək də, istəməsəkdə bu belədir. Məhz buna görə də mən öz xeyir-duamı verirəm. Polad müəllimin xeyir-duasından sonra bizə qarşı olan hücumlar nisbətən səngidi. Görüşdən əvvəl də, sonra da cənab səfirimizə bizim haqda yalnış məlumatlar verilirdi. Daha sonra cənab səfirin birinci müavini Qüdsi Osmanovla münasibətimiz yarandı. Bundan sonra hər ay diaspora nümayəndələri ilə mütamadi olaraq görüşlər təşkil edildi. Bu görüşlərdə artıq hər şey məlum oldu. Kimin hara və kimlərə işləməsi bu görüşlərdən sonra hamıya bəlli oldu. Bütün bunlardan sonra Rusiyada fəaliyyət göstərən diaspora təşkilatlarında hamısı layiqli insanlardı.
Toğrul Allahverdili: “Adımızın hansısa diplomata və ya məmura bağlanmağı çox yalnışdır”
Məqsədimiz bütün Slavyan ölkələrində yaşayan azərbaycanlıları bu layihə ətrafında birləşdirməkdir.

Sualınızın ikinci hissəsinə gəlincə deyə bilərəm ki, biz bu yaxınlarda bir layihəyə start vermişik. Layihə “Azərbaycanlılar Slavyan ölkələrində”adlanır. Yeri gəlmişkən sizin saytınızla da bu barədə əməkdaşlıq edəcəyik. Biz də öz növbəmizdə diasporinfo.com saytını təsis etmişik. Bu saytın yaranmasına qədər diaspora ilə bağlı ümumi bir saytımız yox idi. Düzdür hər bir diaspora təşkilatının özünə məxsus saytı var idi. Ancaq bu saytlar yalnız həmin diaspora təşkilatına xidmət edirdi. Layihəmizin məqsədi ondan ibarətdir ki, Slavyan ölkələrində yaşayan ziyalılarımızı demək olar ki, heç kim tanımır. Təəssüf ki, bu gün Rusiyada azərbaycanlı dedikdə hamının ağlına bazar gəlir. Bu da zənnimcə çox acınacaqlı haldır. Bu gün Rusiyada minlərlə azərbaycanlı bütün dövlət sturikturlarında təmsil olunur.
Təbii bunların arasında İradə Zeynalova kimi öz ambisiyaları üçün düşmən qüvvələrin mənafeyini qoruyan üzdəniraq soydaşımız da var. Məqsədimiz bütün Slavyan ölkələrində yaşayan azərbaycanlıları bu layihə ətrafında birləşdirməkdir. Layihənin sonunda bütün müsahibləri toplu halda bir kitabda nəşr etmək fikrimiz var. Daha sonra isə bütün bu insanları Bakıya dəvət edərək bir yerə toplayacayıq. Bu tədbirin də sayəsində bir-birini tanımayan ziyalılarımız bundan sonra bir-birini tanımış olacaq və aralarında əməkdaşlıq fəaliyyətləri artacaq.
O ki, qaldı Rusiyada yaşayan gənclərə, fürsətdən istifadə edib bu gənclərə müraciət etmək istərdim. Rusiyada yaşayan soydaşlarımızın əsas problemlərindən biri də övladlarını alverə yönəltmələridir. Bu çox yalnış yoldur. Bu kimi şeylərin effekt verəcəyinə inanmıram. Bu gün biz Rusiya və ukraynanın timsalında bunun şahidi olduq. Hətta elə insanlar oldu ki, bir qəpiksiz qaldı və evinə qayıtmağa imkanı olmadı. Ona görə də övladlarımza təhsil verməyin yollarını axtarmalıyıq. Məhz bu təhsilləri sayəsində Rusiyanın və ya istənilən bir ölkənin dövlət strukturlarında işləmısinə şərait yaranar. Rusiya kimi ölkədə hansısa sahədə bir azərbaycanlı görmək inandırım sizi bizləri çox sevindirir.
Mən daim media nümayəndələrinə açıq münasibətdə olmuşam. Hərçənd ki, buna görə məni Rusiyada tənqid edənlər də var. Ancaq bütün bunlara heç vaxt fikir verməmişəm. Çünki bizə lazım olan qiymət verilir. Fəaliyyətimin müsbət yöndə olmasını sübut edən məsələlərdən biri də odur ki, Toğrul Allahverdili Azərbaycanın bütün ictimai-siyasi həyatında olan insanlar tərəfindən qəbul edilir. Mən hər dəfə Azərbaycana gəldiyim zaman ölkəmizin demək olar ki, bütün ictimai-siyasi həyatında fəal olan insanları ilə çox rahatlıqla görüşə bilirəm. Bütün bunları mən özüm və fəaliyyətim üçün uğur hesab edirəm. Bütün bunlar isə daxili və xarici düşmənlərimizə cavab vermək üçündür. Xüsusən də daxili düşmənlərə. Çünki xarici düşmənlərimizi az-çox tanıyırıq. Rusiyada hazırda minlərlə gəncimiz var ki, Ali Baş Komandan İlham Əliyevin əmri ilə malı və canı ilə bütöv Azərbaycan uğrunda döyüşməyə hazırdır. Ancaq, xarici düşmənlərlə yanaşı, daxildə olan düşmənlərimizi də məhv etməliyik. Vətənə gələndə çoxlu sayda müsahibələrim olub. Müxtəlif televiziya və saytlarda görüşlərimiz olsa da, bu sözləri məhz İnform.az-a söyləyirəm. Düzünə qalsa heç bir mətbuat orqanında burda olduğum kimi sərbəst ola bilməmişəm.

Adımızın hansısa diplomata və ya məmura bağlanmağı çox yalnışdır

Elə sizin saytınız vasitəsiylə də Toğrul Allaherdilinin uğurlarına sevinməyə xəsislik edən, onu hər addımda gözdən salmağa çalışan “dost”lara üzümü tutub deyirəm ki, biz hər kəslə əməkdaşlıq etməyə hazırıq. Bizim heç kimdən qorxumuz yoxdur və yeganə arxalandığımız öncə Rəbbimiz, sonra isə dövlət başçımızdır. Belələrinə bildirmək istəyirəm ki, təşkilatımız heç kim tərəfindən maliyyələşmir. Buna ona görə deyirəm ki, haqqımızda guya bizə kimlərinsə pul verərək danışdırdığlarınını düşünənlər var. Sadəcə keçirdiyimiz tədbirlər zamanı bəzi insanlardan kömək istəmişik. Onların adını çəkə bilərəm. Ancaq onlar elə insanlardır ki, reklam olunmalarını istəmirlər. Adımızın hansısa diplomata və ya məmura bağlanmağı çox yalnışdır. Azərbaycan dövlət başçısının təyin etdiyi bütün diplomatlara və məmurlara dərin hörmət və ehtiramımız var. Bu gün bizim cənab səfrimiz Polad müəllimə böyük hörmətimiz var. Çünki bu insanı cənab prezident etimad göstərərək səfir təyin edib. Və biz Polad müəllimlə əməkdaşlıq edirik. Polad Bülbüloğlu Azərbaycan və Rusiya dövlət başçılarının ən ali ordenlərlə təltif etdiyi insandır. Qüdsi Osmanovu necə sevməyə bilərik ki, onun təyinatından sonra, Rusiyadakı gənclərin qarşısında olan bütün maneələr aradan qaldırılıb. Onun gəlişindən sonra diaspora təşkilatları arasında birlik yaranıb. Rusiyada olan Federal Mədəni Muxtariyyat azərbaycanlıların əlinə qayıdıb. Məhz bu muxtariyyatın sayəsində antiazərbaycan təbliğatına son qoyulub. Mənə çox zaman irad tuturlar ki, sən Azərbaycanın bəzi keçmiş məmurlarına qarşı çıxırsan. Bu cür insanlar azərbaycanlı gəncin, qadının üzərinə dağıstanlı qoçuları qaldırırsa, mən necə beləsinə qarşı gəlməyim? Diasporamız düşmənlərimiz qarşısında gülüş hədəfinə çevrilirsə, mən necə o məmura qarşı narazılıq etməyim? Onlar məni dəfələrlə hədələyiblər. Bizi hansısa təriqətə və ya hansı dövlətin xüsusi xidmət orqanlarına işləməkdə ittiham ediblər. Bizim nədənsə qorxumuz olsaydı, əvvəldən bu işə baş qoşmazdıq. Biz nə ediriksə, Azərbaycan naminə edirik.
Toğrul Allahverdili: “Adımızın hansısa diplomata və ya məmura bağlanmağı çox yalnışdır”
- Bizim Azərbaycan kənarda yaşayan soydaşlarımızla bağlı layihəmiz var. Bunlardan biri “Qəriblikdə kimimiz var?” layihəsidir ki, bu layihə qəriblikdə olan bütün vətəndaşlarımıza aiddir. Digəri isə “Hər şey Azərbaycan naminə” layihəsidir. Bu layihə isə Azərbaycandan kənarda yaşayan, Azərbaycan naminə ictimai-siyasi fəaliyyət göstərən soydaşlarımıza həsr olunur.
“Hər şey Azərbaycan naminə” layihəsinin də ilk qonağı siz oldunuz. Niyə məhz siz? Çünki Azərbaycan adlı bir ölkənin gənc nəslinin uğurlu addımlarından bəhs etməklə
Başlamaq istədik bu işimizi. Azərbaycanlı gənclərimizlə qürur duyuruq. Sevinirik ki, Azərbaycan diasporasının gənclik qolu etibarlı əllərdədir. Bizlərdə əminlik var ki, Ulu Öndərimizin açdığı cığırla sizlər mətinliklə, cəsarətlə addımlayacaqsınız. Sizlərə öz fəaliyyətinzdə uğurlar arzu edirik.
Saytımızda daha hansı mövzuları görmək istərdiniz?


- Saytımız, bəli saytımız deyirəm, inşallah arzularımızı fəaliyyəti ilə gerçəkləşdirəcək. Mən artıq özümü İnform.az-ın bir əməkdaşı hesab edirəm. Və sizinlə əməkdaşlıqdan şərəf duyaram. Azərbaycandan kənarda olan çoxlu sayda inslarla təmasdayıq. Əlimizdən gələn hər şeyi edəcəyik ki, vətənə gəldikləri zaman ilk döydükləri qapı məhz İnform.az olsun. İstərdim ki, belə gənclərdən olan Şamil Tağıyev də bir gün sizin müsahibiniz olsun. Ona görə ki, Toğrul Allahverdilinin bu gün Rusiyada tanınmasında Şamil Tağıyevin əvəzsiz xidmətləri var. Şamillə də sosial şəbəkələr vasitəsilə tanış olmuşam. Ancaq hazıda həm əqidə, həm də ailəvi dostuq. Şamil Tağıyev Azərbaycan üçün mənim gördüyüm işlərdən də qat-qat artıq iş görmüş insandır. Hansı ki, həmin dönəmlərdə bu kimi işləri görmək demək olar ki, mümkün deyildi. Şamil Tağıyevin hazırda fonda çevrilmiş “Vətən” cəmiyyəti olub və bu cəmiyyət çərçivəsində Azərbaycan üçün böyük işlər görüb. Cənab səfirimizin müavini olan Qüdsi Osmanovun bir sözü var. Deyir ki, Ulu öndər daim gəncliklə fəxr edib. Çalışmaq lazımdır ki, diasporamızı da gəncləşdirək. Biz düşmənlərimizə sübut etməliyik ki, bizlər azərbaycanlı olaraq bazar adamları deyilik. Bizlər şah İsmayıl Xəatinin, Heydər Əliyevin nəvələriyik.

- Toğrul bəy, Azərbaycan naminə gördüyünüz və görəcəyiniz işlərdə sizlərə uğurlar arzulayırıq.

İnform.az

Baxış sayı: 1543