Mədəniyyət
19.08.2015 / 12:22

Avropa Aralıq Musiqi Akademiyası Bakıda

Avropa Aralıq Musiqi Akademiyası Bakıda Avropa Aralıq Musiqi Akademiyası Bakıda xeyriyyə konserti verəcək və usdad dərsləri keçəcək.
Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin 130 illik yubileyi münasibətilə sentyabrın 18-dən 28-dək Bakıda Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Yubiley çərçivəsində sentyabrın 22-də Azərbaycan Dövlət Filarmoniyasında konsert olacaq. Avropa Aralıq Musiqi Akademiyası yubiley tədbirində iştirak etmək üçün Azərbaycana səfər edəcək.
İtaliya, İspaniya və Suriyadan olan 3 musiqiçi Bakıya gələcək: "Onlar həmin akademiyanın üzvləridir. Hər üç solist Dövlət Filarmoniyanın səhnəsində Üzeyir bəyin və Azərbaycanın digər bəstəkarlarının klassik musiqi əsərlərini səsləndirəcəklər.".

Aysel Talıbqızı /İnform.az

Baxış sayı: 384