Dünya
19.08.2015 / 06:34

15 000 nəfər niyə həbs edilib?

15 000 nəfər niyə həbs edilib?Çin polisi kiber cinayətlərdə şübhəli bilinən 15 000 nəfəri həbs edib. İnform.az Almaniyanın zeit.de saytına istinadən xəbər verir ki, bu barədə, ölkənin Təhlükəsizlik Nazirliyi tərəfindən məlumat yayılıb.

Nazirlik rəsmiləri həmçinin onu da qeyd ediblər ki, online fırıldaqçılıq, fərdi məlumatların qanunsuz satışı və bu kimi hallarda təqsirli bilinən daha 7 400 nəfərin axtarışı davam etdirilir.
Həbslərin nə vaxt həyata keçirilməsi haqda isə dəqiq məlumat verilmir.

Qeyd edək ki, son zamanlar ABŞ başda olmaqla bir sıra dövlətlər Çin hökumətini kiber cinayətlərə göz yummaqda ittiham edirdi.

Baxış sayı: 377