İdman
18.08.2015 / 19:03

"Atletiko"da tarixi müqavilə

"Atletiko"da tarixi müqavilə"Atletiko" yarımmüdafiəçisi Anton Qrizmanla müqavilənin müddətini uzadıb.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, fransalı futbolçu 2020-ci ilə qədər Madrid təmsilçisinin şərəfini qoruyacaq.

Qrizman təzminat qiyməti 65 milyondan 80 milyon avroya yüksəlib. Bu isə o deməkdir ki, 24 yaşlı futbolçunun transfer etmək istəyən klub 80 milyon avrosundan keçməli olacaq. Bununla da, Qrizman ən yüksək təzminatlı futbolçu kimi klubun tarixinə düşüb. Rəhbərlik Fransa millisinin üzvünün maaşını da artırıb. Lakin onun illik nə qədər qazanacağı açıqlanmayıb.

Qeyd edək ki, 2014-cü ildə "Real Sosyedad"dan "Atletiko"ya transfer olunan Qrizmanın PSJ-yə keçəcəyi iddia edilirdi.

İnform.az

Baxış sayı: 229