Sosial
18.08.2015 / 17:20

Məleykə Abbaszadə vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə vətəndaşları qəbul edəcək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Xızı şəhərində vətəndaşlarla görüş keçirəcək. Bu barədə Komissiyanın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, qəbul avqustun 28-də saat 11:00-da Xızı şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda Xızı rayonunun sakinləri ilə yanaşı, Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan və Şuşa rayon və şəhərlərinin sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri xahiş olunur.

İnform.az

Baxış sayı: 304